Aliyə Qarayeva İsrail Qran-prisində medal qazandı
05 Mart 2011 Şənbə 03:11
Gimnastımız çoxnövçülük yarışlarında üçüncü olub
İsrailin Xolon şəhərində bədii gimnastika üzrə Qran-pri yarışları başlayıb. Turnirdə azərbaycanı Aliyə Qarayeva, Anna Qurbanova, Samirə Mustafayeva və Zeynəb Cavadlı, yeniyetmə idmançılar Gülsüm Şəfizadə və Ləman Dadaşlı, eləcə də, yeniyetmələrdən ibarət qrup komandası təmsil edir.
Yarışların ilk günündə Aliyə Qarayeva çoxnövçülük üzrə yarışlarda bürünc medal qazanıb. O, dörd tapşırığa görə hakimlərdən 111,075 xal alıb və rusiyalılar Yevgeniya Kanayeva (112,700) və Darya Dmitriyevadan (111525) sonra üçüncü olub.
DOSTLARINLA PAYLAŞ: