Aliyə Qarayeva dünya çempionatında 6-cı yeri tutdu
21 Sentyabr 2011 Çərşənbə 00:44
Bədii gimnastika yığmamız komanda turnirində 4-cü pillədədir
Fransanın Monpelye şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatında ilk mükafat dəsti oyanınılıb. ANS PRESS-in məlumatına görə, halqa və topla hərəkətlərin qalibləri müəyyənləşib.
Aliyə Qarayev halqa ilə hərəkətlərdə 27,625 bal toplayıb və 7-ci yeri tutub. İl üçlükdə isə rusiyalılar Yevgeniya Kanayeva və Darya Kondakova, eləcə də, israilli neta Rivkin var.
Topla hərəkətlərdə Azərbaycan gimnasnı 27,600 balla 6-cı yeri tutub. Bu növdə də Yeveniya Kanayeva və Darya Kondakova ilk iki yeri bölüşdürümlər. Bürünc medalı isə Belarus idmançısı Lyubov Çarkaşina qazanıb.
Qeyd edək ki, komanda turnirində iki hərəkətdən sonra Azərbaycan 158,300 bballa 4-cü yeri tutur. Yığmamız Rusiya, Belarus və Ukraynadan geri qalır.
Xatırladaq ki, çoxnövçülüyün finalında şəxsi yarışlarda 2012-ci il Olimpiadasına 15 vəsiqə oynanılacaqdır. Hər ölkə ən çoxu iki lisenziya qazana bilər. Yarışların son iki günündə keçiriləcək qrup turnirində isə Londona 6 vəsiqə uğrunda mübarizə gedəcək. Burada Azərbaycanı Anastasiya Prasolova, Ceyla Quliyeva, Aelita Xələfova, Stefani Trayanova, Səbinə Abbasova və Yevgeniya Jidkova təmsil edəcəklər.
Dünya çempionatı vasitəsilə Olimpiadaya vəsiqə ala bilməyən idmançılar gələn ilin yanvar ayında Londonda keçiriləcək seçim turnirində iştirak edə bilərlər.
DOSTLARINLA PAYLAŞ: