Aliyə Qarayeva Avstriyada Qran-pri turnirində çıxış edəcək
30 İyun 2012 Şənbə 02:18
Gimnastımızın əsas rəqibləri Rusiya təmsilçiləri Yevgeniya Kanayeva və Darya Dmitriyevadır.
İyunun 30-dan iyulun 1-dək Avstriyanın Vorarlberq şəhərində bədii gimnastika üzrə Qran-pri turniri keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarışlarda ölkəmizi Aliyə Qarayeva təmsil edəcək.

İyunun 30-da çoxnövçülük turniri, ertəsi gün proqramın ayrı-ayrı növlərində final yarışları keçiriləcək. A. Qarayevanın əsas rəqibləri Rusiya təmsilçiləri Yevgeniya Kanayeva və Darya Dmitriyevadır.

Qeyd edək ki, bu il Qran-pri seriyasından turnirlər Moskva, Tye (Fransa), Marbelye (İspaniya), Berlin və Brno (Çexiya) şəhərlərində keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar