Aliyə Qarayeva Avropa Çempionatının bürünc medalını qazandı
03 İyun 2012 Bazar 00:18
Üç yeniyetmə idmançımız isə finala vəsiqə qazanıb.
Azərbaycanlı gimnast Aliyə Qarayeva şənbə günü Nijni Novqorodda keçirilən Avropa Çempionatında çoxnövçülük üzrə üçüncü yeri tutub. Trend-in məlumatına görə, o, 114,850 ball yığıb.
Qızıl medalına isə 118,150 ball yığan rusiyalı Yevgeniya Kanayeva sahib olub. Digər bir rusiyalı idmançı Aleksandra Merkulova 116,425 bal yığaraq gümüş medalını qazanıb.
AzərTAc xəbər verir ki, komanda çoxnövçülüyünün yekunlarına görə, yuniorkalar arasında proqramın ayrı-ayrı növləri üzrə finalçılar müəyyən edilib. Nilufər Niftəliyeva halqa və gürzlə, Marina Durunda top, Gülsüm Şəfizadə lentlə hərəkətlərin finalında yarışacaqlar.
Komanda çoxnövçülüyündə Azərbaycan yığması 102,925 xalla 5-ci olub. Qızıl medala isə 109,850 xalla Rusiya idmançıları layiq görülüblər.
DOSTLARINLA PAYLAŞ: