Alessandro Nesta İtaliya yığmasından imtina etdi
02 Mart 2010 Çərşənbə Axşamı 16:20
Alessandro Nesta Marçelo Lippinin dəvətini rədd edib
Futbol üzrə İtaliya yığma komandasının baş məşqçisi Marçelo Lippi bildirib ki, “Milan” klubunun müdafiəçisi Alessandro Nesta dünya çempionatında iştirak etməyəcək. Baş məşqçi futbolçuya dəvət göndərsə də, o, milli komanda karyerasını başa vurduğunu əsas gətirərək bu təklifi rədd edib.

33 yaşlı futbolçu İtaliya yığma komandasının heyətində 78 qarşılaşmada meydana çıxıb. Nesta 2006-cı ildə İtaliya kollektivinin tərkibində Dünya çempionu tituluna sahib çıxıb. Nesta 2006-cı ilin oktyabr ayında Gürcüstanla qarşılaşmada sonuncu dəfə milli komandanın formasını geyinib.

Xatırladaq ki, həmin oyun 3:1 hesabı ilə italiyalıların xeyrinə başa çatmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar