Aleksandr Səmədov Kapello ilə qəti söhbətdən qorxur
03 Fevral 2013 Bazar 17:48
Aleksandr Səmədov: Bu haqda danışmaq ağlımdan belə keçməyib.
“Mən yığmada gələcək taleyimlə bağlı baş məşqçi Fabio Kapello ilə qəti söhbətə cürət etmərəm. Bu haqda danışmaq ağlımdan belə keçməyib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının futbolçusu Aleksandr Səmədov deyib. Əslən Azərbaycandan olan yarımmüdafiəçi məhz Fabio Kapellonun yığmanın baş məşqçisi postuna gəlişindən sonra yığmaya daim çağırılır.
Kapellonun ötən ilin oktyabrında millimizlə Moskvadakı rəsmi oyunda start heyətində meydana buraxdığı Səmədov hələ öz sözünü deyə bilməyib. 28 yaşına kimi millidə yeri sabit olmayan Aleksandr italiyalı çalışdırıcıyla qəti söhbət etmək fikrində deyil: “Fikrimcə, mən bunu bacarmaram. Desəm, mənə cavab verərdilər ki, sən bu nər şərtdir irəli sürürsən? Bu, yığmadır, burada şərt olmur. Onda mənimlə sağollaşa bilərdilər”.
DOSTLARINLA PAYLAŞ: