Aleks Türkiyədən getdi
13 Oktyabr 2012 Şənbə 03:17
Məşhur futbolçu Türkiyəyə türkcə “Sizi çox sevirəm” deməklə vida etdi.
Türkiyənin “Fənərbağça” klubunda 8 il forma gedən, kapitanlıq edən və tarixə düşən braziliyalı futbolçu Aleks de Souza və ailəsi Türkiyəni tərk edib. ANS PRESS-in məlumatına görə, “Fənərbağça” azarkeşləri futbolçunu mərasimlə yola salıblar.
Tərəfdarlara və “Fənərbağça” rəhbərliyinə təşəkkür edən Aleks de Souza “Mən və ailəm 100 faiz braziliyalı doğulmuşuq, vəfat edən isə Türk xalqı sayəsində 50 faiz türk kimi vəfat edəcəyik” deyib. O, çıxışını türkcə “Sizi çox sevirik” deməklə yekunlaşdırıb.
DOSTLARINLA PAYLAŞ: