Aleks qalası oldu
09 Fevral 2011 Çərşənbə 17:35
Futbolçu "Fənərbaxça" ilə müqaviləsinin müddətini artırıb
Braziliyalı futbolçu Aleks “Fənərbaxça” klubu ilə müqaviləsinin müddətini artırıb. ANS PRESS-in “CNNturk.com” saytına istinadən verdiyi məlumata görə, futbolçu “Şükrü Saracoğlu” stadionunda baş tutan mərasimdə klubla 2 illlik müqaviləyə imza atıb.

“Mənə Braziliyadan təklif gəlmişdi. Konkret desək “Koritiba” klubu mənimlə maraqlanırdı. Ancaq mən “Fənərbaxça”da qalmağa üstünlük verdim”, - deyə Aleks bildirib.

Xatırladaq ki, “Kruzeiro” klubundan “Fənərbaxça”ya transfer olunan Aleks İstanbul təmsilçisinin heyətində çıxdığı 193 rəsmi oyunda 107 qol vurub. Futbolçu nadir hallarda olsa da, Braziliya yığmasının heyətinə cəlb edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar