Aleks Ferqyuson: Ueyn Runi komandada qalacaq
09 Mart 2013 Şənbə 08:51
"M.Y"nun baş məşqçisi Ueyn Runinin transfer ehtimalından danışıb.
"Mançesdter Yunayted" klubunun baş məşqçisi Aleks Ferqyuson Ueyn Runinin komandadan getmə ehimalından danışıb. ANS PRESS-in məlumatına görə, baş məşqçisi futbolçunun komandada qalacağını bildirib.

"Runinin komandamızdan gedəcəyi ilə bağlı söz-söhbətlər reallığı əks etdirmir. O, növbəti mövsümdə də "M.Y."nun şərəfini qoruyacaq.

Xatırladaq ki, bir qədər əvvəl Britaniya mətbuatı "M.Y." nun Ueyn Runi ilə 20 milyon funt sterlinq müqabilində vidalaşmaq niyyətində olduğunu yazmışdı. Bundan sonra İtaliyanın "İnter" və "Yuventus" klubları futbolçuya maraqlarına bəyan etmişdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar