Aleks Fergüson: “Fantastik komandaya uduzduq”
29 May 2011 Bazar 03:30
Aleks Fergüson: “Barselona” mənim indiyədək qarşılaşdığım ən güclü komanda idi”.
“Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Frgüson Çempionlar Liqasının finalında “Barselona” qarşısında məğlubiyyəti şərh edib. O, bildirib ki, komanadsı daha yaxşı oynaya bilərdi. “Barselona” isə daha yaxşı oynayıb.

“Biz fantastik komandaya məğlub oldu. Lakin mən daha yaxşı oynayacağımızı gözləyirdim. Biz mənim indiyədək qarşılaşdığım ən güclü komandaya uduzduq”, - təcrübəli futbol mütəxəssisi deyib.

“Bu, bir çox mənada əla mövsüm idi”, - deyən baş məşqçi bildirib ki, İngiltərə Kubokunun yarımfinalında “Mançester Siti” qarşısındakı uğursuzluq da daxil olmaqla “Uembli”dəki ikinci məğlubiyyət futbol ilinin sonunu ləkələyib.

Aleks Fergüson “Barselona” ilə qarşılaşmanın qapıçı Edvin van der Sar üçün Çempionlar Liqasının son finalı olmasına da münasibət bildirib. “Van der Sar “Mançester Ynayted”ə fantastik xidmətlər edib və ona uğurlar arzulayırıq. Onun çox gözəl karyerası var və yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirib”, - Fergüson qeyd edib.

“Barselona”nın baş məşqçisi Xosep Qvardiola isə qeyd edib ki, final oyununda komandası oyuna nəzarət edə bilib və bu, uğurun açarı olub. “Düşünürəm ki, biz çox cözəl oynadıq”, - Avropanın ən güclü klubunun baş məşqçisi bildirib.

Çempionlar Liqasının bu gecə keçirilən finalında “Barselona” “Mançester Yunayted”i 3:1 hesabı ilə məğlub edib. Kataloniya klubuna qələbəni Pedro Rodriges, Lionel Messi və David Vilyanın qolları qazandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar