“Alaniya” Türkiyədə darmadağınla üzləşdi
19 Avqust 2011 Cümə 02:09
“Qarabağ”ı turnirdən kənarlaşdıran “Brügge” isə Gürcüstanda qalib gələ bilmədi
Rusiyanın Vladiqafqaz şəhərinin “Alaniya” klubu Avropa Liqasının təsnifat mərhələsinin ilk qarşılaşmasını Türkiyədə “Beşiktaş”la keçirib. Oyun İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Beşiktaş” hesabı 20-ci dəqiqədə çexiyalı Sivokun qolu ilə açıb. Ümumilikdə oyun ərzində “Beşiktaş” aşkar üstün görünməyib. Lakin Türkiyə klubu oyunun sonunda daha iki qol vurub və cütlüyün taleyini elə ilk oyundan həll etmiş olub. İkinci qolu Quti penalti zərbəsindən vurub, oyunda son nöqtəni isə portuqaliyalı Almeyda qoyub.
Günün digər qarşılaşmaları:
“Atletik” (İspaniya) - “Trabzonspor” (Türkiyə) - 0:0
“Latsio” (İtaliya) - “Rabotniçki” (Makedoniya) - 6:0
“Seltik” (Şotlandiya) - “Sion” (İsveçrə) - 0:0
“Rid” (Avstriya) - PSV (Hollandiya) - 0:0 (İkinci hissə)
“Atletiko” (İspaniya) - “Vitoria” (Portuqaliya) - 0:0 (Davam edir)
“Braqa” (Portuqaliya) - “Yanq Boys” (İsveçrə) - 0:0 (Davam edir)
“Legia” (Polşa) - “Spartak” (Moskva, Rusiya) - 2:2
“Ekranas” (Litva) - “Hapoel” (Təl-Əviv, İsrail) - 1:0
“Lokomotiv” (Moskva, Rusiya) - “Spartak” (Trnava, Slovakiya) - 2:0
Vaslui (Rumıniya) - Sparta (Çexiya) - 2:0
“Zestafoni” (Gürcüstan) - “Brügge” (Belçika) - 3:3
HİK (Finlandiya) - “Şalke” (Almaniya) - 2:0
“Liteks” (Bolqarıstan) - “Dinamo” (Kiyev, Ukrayna) - 1:2
“Austria” (Avstriya) - “Gaz Metan” (Rumıniya) - 3:1
“Vorskla” (Ukrayna) - “Dinamo” (Buxarest, Rumıniya) - 2:1
“Alesund” (Norveç) - “AZ Alkmaar” (Hollandiya) - 2:1
“Omonia” (Kipr) - “Zalzburq” (İsveçrə) - 2:1
“Makkabi” (Tel-Əviv) - “Panatinaikos” (Yunanıstan) - 3:0
“Styaua” (Rumıniya) - MOİK (Sofiya, Bolqarıstan) - 2:0
“Thun” (İsveçrə) - “Stok Siti” (İngiltərə) - 0:1
“Bursaspor” (Türkiyə) - “Anderlext” (Belçika) - 1:2
PAOK (Yunanıstan) - “Karpati” (Ukrayna) - 2:0
“Nordselland” (Danimarka) - “Sportinq” (Portuqaliya) - 0:0
“Slask” (Polşa) - “Rapid” (Rumıniya) - 1:3
“Standard” (Belçika) - “Helsinburq” (İsveç) - 1:0
“Metallist” (Xarkov, Ukrayna) - “Soşo” (Fransa) - 0:0
“Fulhem” (İngiltərə) - “Dnepr” (Ukrayna) - 3:0
“Hannover” (Almaniya) - “Sevilya” (İspaniya) - 2:1
“Srvena Zvezda” (Serbiya) - “Renn” (Fransa) - 1:2
“Şamrok Rovers” (İrlandiya) - “Partizan” (Serbiya) - 1:1
“Rusenburq” (Norveç) - AEK (Kipr) - 0:0
“Slovan” (Slovakiya) - “Roma” (İtaliya) - 1:0
“Differanj” (Lüksemburq) - PSJ (Fransa) - 0:4
“Harts” (Şotlandiya) - “Tottenhem” (İngiltərə) - 0:5
“Maribor” (Sloveniya) - “Reyncers” (Şotlandiya) - 2:1
“Nasional” (Portuqaliya) - “Birmingem” (İngiltərə) - 0:0
AEK (Yunanıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) - 1:0.
DOSTLARINLA PAYLAŞ: