Akrobatik gimnastika üzrə Azərbaycan çempionatı başa çatıb
11 May 2009 Bazar Ertəsi 13:50
9-10 may tarixlərində keçirilmiş yarışda 3 idman cəmiyyətindən və Dəvəçi rayonunda olan 28 gimnast mübarizə aparıb

 

Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunmuş Akrobatik gimnastika üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Gimnastika Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 9-10 may tarixlərində keçirililmiş yarışda, 3 idman cəmiyyətindən və Dəvəçi rayonunda olan 28 gimnast mübarizə aparıb.

Yarışın yekununa görə, qarışıq qoşa hərəkətlərdə Faiq Sultanov və Tamara Babakişiyeva, qadınların qoşa hərəkətlərində Ayla Əhmədova, Dilarə Sultanova, kişilərin qrup hərəkətlərində isə  Rüstəm Nəcəfquliyev, Elnur Məmmədov, İlham Abbasov və Rəşad Sadıqov dördlüyü Azərbaycan çempionu adını qazanıb.

Azərbaycan çempionatının yekununa görə medal qazanmış idmançıları diqqətinizə çatdırırıq

Qarışıq qoşa hərəkətlər
1-ci yer Faiq Sultanov  və Tamara Babakişiyeva cütlüyü
2-ci yer Eldar Hüseynov, Cəmilə İbrahimli
3- Anar Borisov, Anastasiya Quliyeva

Qadınlarin qoşa hərəkəti
1-ci yer Ayla Əhmədova, Dilarə Sultanova

2-ci yer Afaq Məhərrəmova, Pərizad Quliyeva

3-cü yer Aynur Hüseynova, Nərmin Ramazanova


Kişilərin qrup hərəkəti
1-ci yer Rüstəm Nəcəfquliyev Elnur Məmmədov, İlham Abbasov, Rəşad Sadıqov

2-ci yer Nahid Ağadadayev, Pərvin Pənahov, Adil Feyzullayev, Ömər Səyidov

3-cü yer Səddam Ömərov, Ağabala Ağayev, Araz Abbasov, Süleyman Həmidov. 

Elvin Rəsul /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar