AİBAAzərbaycana böyük etimad göstərir
05 Yanvar 2011 Çərşənbə 17:15
Boks üzrə dünya çempionatının Bakıda keçirilməsi qərara alınıb
AİBA 2011-ci ildə keçiriləcək yarışların təqvimini təsdiqləyib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ilin ən önəmli turniri Bakıda keçiriləcək böyüklər arasında Dünya çempionatı olacaq. 2012-ci ildə keçiriləcək London Olimpiadasına lisenziya xarakterli yarış sentyabrın 22-dən oktyabrın 10-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.

Yeniyetmələr və gənclər arasında qadınlar arasında Dünya çempionatına isə Türkiyənin Antalya şəhəri ev sahibliyi edəcək. Həmin yarış aprelin 28-dən mayın 8-ə kimi keçiriləcək. Yeniyetmələr arasında Dünya çempionatı isə iyulun 20-dən 31-ə kimi Qazaxıstanın Astana şəhərində baş tutacaq.

Avropa Həvəskar Boks Federasiyasının (EUBC) təqvimində də Bakıda təşkil olunacaq bir sıra yarışlar öz əksini tapıb. Həmin yarışları nəzərinizə çatdırırıq:

İpək Yolu turniri (böyüklər arasında)
8-13 mart,
Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir (yeniyetmələr)
9-15 may,
Abbas Ağalarovun xatirəsinə həsr olunmuş turnir (gənclər)
7-12 dekabr.



DOSTLARINLA PAYLAŞ:

oyunlar