AİBA Ağacan Əbiyevi cəzalandırdı
03 Avqust 2012 Cümə 14:25
ABF-nin vitse prezidenti AİBA-nın “nizamnəməsini pozmaq”da ittiham edilir.
Azərbaycan Boks Federasiyasının vitse prezidenti Ağacan Əbiyev AİBA tərəfindən diskvakifikasiya edilib. ANS PRESS-in məlumatına görə, A.Əbiyev AİBA-nın “nizamnəməsini pozmaq”da ittiham edilir. Bundan başqa AİBA türkmənistanlı hakim İşanbulu Meretniyazovu da işindən kənarlaşdırıb.
Türkmənistanlı referinin Azərbayacan boksçusu Məhəmməd Əbdülhəmidov və yaponiyalı Sakozi Şimizunın döyüşündə təmsilçimizin düşdüyü çoxsaylı nokdaunları qeydə almamaqda ittiham edilir.
Xatırladaq ki, boksçumuz Məhəmməd Əbdülhəmidov yaponiyalı Sakozi Şimizu ilə döyüşdə 22:17 hesabı ilə qalib gəlsə də, sonradan bu nəticə ləğv edilmişdi.
DOSTLARINLA PAYLAŞ: