Ağlaya-ağlaya meydanı terk etdi
27 Avqust 2013 Çərşənbə Axşamı 06:56
Futbolçu azarkeşlərinin ağır təhqir və söyüşlərinə dözə bilməyib.
Ötən gün Türkiyə Super Liqasının II tur çərçivəsində keçirilən "Trabzonspor" - "Rizespor" (2:1) qarşılaşmasında xoşagəlməz hadisə baş verib. Apasport.az-ın məlumatına görə, öz azarkeşlərinin ağır təhqir və söyüşlərinə dözə bilməyən ev sahibi komandanın futbolçusu Volkan Şən ağlaya-ağlaya meydanı tərk edib.
Hər iki komandanın futbolçuları və azarkeşləri oyunçunu sakitləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Oyuna davam etməyəcəyini açıqlayan 26 yaşlı yarımmüdafiəçi 43-cü dəqiqədə Floran Maluda ilə əvəzlənib.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Volkan Şən 2011-ci ildə “Bursaspor”dan “Trabzonspor”a transfer olunub.
DOSTLARINLA PAYLAŞ: