Ağır atletlərimiz Avropa çempionatına gedir
17 May 2013 Cümə 05:59
Türkiyənin Quşadası şəhərində 23-ci kişi və 21-cu qadın usta ağır atletləri arasında Avropa çempionatı keçiriləcək.
18-25 may tarixləri arasında Türkiyənin Quşadası şəhərində 23-ci kişi və 21-cu qadın usta ağır atletləri arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, bu yarışda 27 ölkənin 300-dən çox atleti iştirak edəcək. Azərbaycanın Milli yığması Veteran Ağır Atletlər İctimai Birliyinin sədri Natiq Ağayevin və Baş məşqçi Oktay Muxtarovun rəhbərliyi altında 10 usta idmançı ilə təmsil olunacaq.

Avropa çempionatında iştirak edəcək milli yığma komandanın tərkibi aşağıdakı kimidir:

I. Qadınlar

1. Şahverdi Xatirə –45-49 yaş qrupunda 63 kq çəki dərəcəsində
2. Rzayeva Səbinə – 35-39 yaş qrupunda 69 kq çəki dərəcəsində

II.Kişilər

3. Jilyayev Vladimir – 65-69 yaş qrupunda 85 kq çəki dərəcəsində
4. Alıyev Akif - 50-54 yaş qrupunda 56 kq çəki dərəcəsində
5. Məmmədov İltifat – 45-49 yaş qrupunda 94 kq çəki dərəcəsində
6. Ağayev Namiq – 45-49 yaş qrupunda 77 kq çəki dərəcəsində
7. Əliquliyev Teymur – 45-49 yaş qrupunda 85 kq çəki dərəcəsində
8. Ağayev Natiq - 45-49 yaş qrupunda 105 kq çəki dərəcəsində
9. Hümbətli Aftandil – 35-39 yaş qrupunda 69 kq çəki dərəcəsində
10. Əliyev Emil – 35-39 yaş qrupunda 105 kq çəki dərəcəsində


DOSTLARINLA PAYLAŞ:

oyunlar