Ağır atletlər qüvvələrini sınayıb
06 Mart 2010 Şənbə 20:55
Lənkəranda keçirilən yarışda 100-ə yaxın idmançı iştirak edib
Lənkəranda ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir. Respublika gənclər və idman nazirliyi və ağır atletika federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlara dünən start verilib. Respublika birinciliyində paytaxt Bakı da daxil olmaqla bölgələrdən 16 komanda, 100-ə yaxın idmançı iştirak edir. Yarış 8 çəki dərəcəsi üzrə keçirilir. Birincilikdə 50-94 kiloqram çəkili idmançılar qüvvəsini sınayır. Artıq 50, 56 və 62 kiloqram çəkili idmançılar arasında qalib müəyyənləşib.

50 kq. çəki dərəcəsində yarışan Lənkəran idmançısı Paşa İbrahimov Azərbaycan rekordunu təzələyib. O, 2 hərəkətin cəmində 168 kq. nəticə ilə birinci olub. 56 kiloqram çəki dərəcəsində də birincilik Lənkəran idmançısına nəsib olub. Bu çəki dərəcəsində Elxan Əliquluzadə 2 hərəkətin cəmində 193 kq. nəticə ilə birinci olub. 62 kiloqram çəkidə olan idmançılara arasında Goranboy idmançısı Firudun Quliyev birinciliyə yüksələ bilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar