Ağır atletimiz Valentin Xristov dünya üçüncüsü oldu
07 Noyabr 2011 Bazar Ertəsi 16:53
Parisdə ağır atletika üzrə dünya çempionatında Azərbaycan yığması ilk medalını qazanıb. Ağır atletimiz Valentin Xristov dünya üçüncüsü oldu.
ANSPRES “AzərTAc”a istinadən xəbər verir ki, Valentin Xristov 56 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub. O, ümumən 276 kiloqram ağırlıq ( 122 kq birdən + 154 kq təkanla) qaldırıb. V.Xristov, həmçinin təkanla qaldırmada üçüncü nəticə göstərərək, kiçik bürünc medala sahib olub.
DOSTLARINLA PAYLAŞ: