Ağır atletika üzrə Azərbaycan çempionatı davam edir
30 May 2010 Bazar 18:15
İkinci yarış günü ağırlıq qaldıranlar 4 çəki dərəcəsində bacarığını nümayiş etdirir.
Ağır atletika üzrə Azərbaycan çempionatı davam edir. İkinci yarış günü ağırlıq qaldıranlar 4 çəki dərəcəsində bacarığını nümayiş etdirir. Çəkisi 105 kiloqrama qədər olan atletlərin yarışında son Avropa çempionatının gümüş mükafatçısı Rövşən Fətullayev də mübarizə aparır.
Yığma komandamızın digər üzvləri İntiqam Zairovla Nizami Paşayev müvafiq olaraq 94 və ağırlığı 105 kiloqramdan artıq olan idmançılar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacaq.
Qeyd edək ki, budəfəki ölkə çempionatında Bakı idmançıları ilə yanaşı 8 rayonu təmsil edən 80-dən artıq iştirakçı qələbəyə iddialıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: