Ağır atletika üzrə Avropa çempionatı
08 Aprel 2009 Çərşənbə 10:20
Yarışın 3-cü günü mübarizəyə qoşulan iki atletimiz uğursuz çıxış edib

 

Rumıniyada keçirilən ağır atletika Avropa çempionatının 3-cü günü idmançılarımız üçün uğursuz olub. 69 kiloqramda ölkəmizin şərəfini qoruyan iki idmançımızdan heç biri medal qazana bilməyib. Əfqan Bayramov bürünc medalın bir addımlığında büdrəyib. Birdənqaldırma üsulunda 147 kiloqramlıq nəticə göstərmiş həmyerlimiz, təkanla qaldırma üsulunda 186 kiloqramın öhdəsindən gələ bilməyib. Ümumilikdə 329 kiloqramlıq nəticə göstərmiş Əfqan yarışı 4-cü pillədə başa vurub.

Sərdar Həsənov isə birdənqaldırma yarışlarında 138 kiloqramlıq nəticəyə imza atıb. Təkanla qaldırma növündə isə 172 kiloqram sifariş vermiş təmsilçimiz bu çəkini başı üzərinə qaldıra bilməyib. Ağır atletimiz iki növün cəmində topladığı 303 kiloqramla qitə çempionatını 8-ci pillədə başa vurub.

Bu gün Avropa çempionatında mübarizəyə ağırlığı 77 kiloqrama qədər olan ağır atletlər qoşulacaqlar. Bu çəkidə ölkəmizin idman şərəfini Namiq Cəmilov qoruyacaq.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə 62 kq çəki dərəcəsində yarışan Zülfüqar Süleymanov, birdən qaldırmada 125 kq, təkanlaqaldırmada isə 160 kq nəticə göstərərək, ümumi 285 kq-lıq nəticə ilə Avropa çempionatının gümüş medalını qazanmışdı./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar