Ağır atletika üzrə Avropa çempionatı
18 Mart 2009 Çərşənbə 16:30
Rumıniyanın Buxarest şəhərində keçiriləcək çempionat aprelin 3-dən 13-dək davam edəcək

Aprelin 3-dən 13-dək Rumıniyanın Buxarest şəhərində Ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan yarışda 7 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Vahid Nəzərovun rəhbərliyi altında Rumıniyaya yollanacaq idmançılar aşağıdakılardır: Zülfüqar Süleymanov (62 kq), Əfqan Bayramov (69 kq), Sərdar Həsənov (69 kq), Namiq Cəmilov (77 kq), İntiqam Zairov (85 kq), Rövşən Fətullayev (94 kq) və Əlibəy Səmədov (94 kq). /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar