Ağcabədidə futbol matçı qanla bitdi
29 Mart 2011 Çərşənbə Axşamı 10:45
Oyunda yaralanan narazılıq 2 kəndin sakinləri arasında davaya çevrilib
Azərbaycanın Ağcabədi rayonunda futbol matçı qanla bitib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, oyun rayonun Avşar və Hacıbədəlli kəndlərinin komandaları arasında, Hacıbədəlli kəndindəki meydançada keçirilib. Oyunda yaralanan narazılıq 2 kəndin sakinləri arasında davaya çevrilib. Nəticədə Hacıbədəlli kəndinin 2 sakini Yolçu Şıxəliyev və Ceyhun Rüstəmov bıçaqlanıb. Onlar dərhal Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ceyhunun yarası yüngül olsa da, həkimlər Yolçu Şıxəliyevin vəziyyətini orta ağır olaraq qiymətləndiriblər.
Ağcabədi rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisəni törədən və ya törədənlər hələlik saxlanılmayıb. Hazırda onların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: