Ağasəlim Mircavadov Xəzər Lənkəranın yeni baş məşqçisidi
16 İyun 2009 Çərşənbə Axşamı 15:35
Ağasəlim Mircavadov “Xəzər Lənkəran”a baş məşqçi təyin olunub. Keçmiş baş məşqçisi İqor Ponomaryov vitse-prezident vəzifəsinə keçirilib

“Xəzər Lənkəran” Futbol Klubunun yeni məşqçisi məlum olub. Klub rəhbərliyinin qərarı ilə Azərbaycanın ən titullu mütəxəssisi Ağasəlim Mircavadov baş məşqçi vəzifəsinə təyin olunub. Komandanın keçmiş baş məşqçisi İqor Ponomaryov isə vitse-prezident vəzifəsinə keçirilib.

İşindən azad olunmuş Rəvan Bəşirovun yerinə təyin olunan İ. Ponomaryova klubun sabiq vitse-prezidenti Tuyqun Nadirov kömək edəcək. O, vitse-prezidentin köməkçisi vəzifəsini icra edəcək.

A. Mircavdovun məşqçilər korpusu da müəyyənləşdirilib. Ona Tofiq Mustafayev, bir müddət öncə karyerasını başa vurmuş Tərlan Əhmədov və qapıçılarla işləyən məşqçi kimi Hafiz Əliyev yardımçı olacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar