Ağasəlim Mircavadov daha "Xəzər-Lənkəran"la maraqlanmır
18 İyul 2010 Bazar 20:40
Ağasəlim Mircavadov: "Hər şeydən uzaqlaşmışam, istirahət edirəm".
"Mən hər şeydən uzaqlaşmışam, istirahət edirəm. Artıq "Xəzər-Lənkəran"la maraqlanmıram. Kim gəlib, kim gedib - xəbərim yoxdur. Kim gəlibsə, Allah xeyirini versin". "Komanda" qəzetinin məlumatına görə, bu sözləri "Xəzər-Lənkəran"ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

"Dedim axı, hər şeydən uzaqlaşmışam. Futbol barədə düşünmürəm. Avroliqadakı uğursuz çıxış barədə danışmaq belə istəmirəm. Kim nə deyir, desin. Mən heç mətbuatı da izləmirəm. Futboldan uzağam", - deyə o vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar