Ağacan Abiyev: Fikrimcə, Londona 40-dan çox idmançımız gedəcək
06 Yanvar 2012 Cümə 12:18
Ağacan Abiyev: Düşünürəm ki, bu il Londonda qazanacağımız medalların sayı daha çox olacaq.
London Yay Olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın sayı tam müəyyənləşməyib. Çünki lisenziya yarışları bu ilin aprel-may aylarına qədər davam edəcək. Bu möhtəşəm idman tədbiri isə bu ilin 25 iyul-13 avqust tarixlərində keçiriləcək. Bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Ağacan Abiyev YAP-ın rəsmi saytına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan hələlik 30-a yaxın lisenziya qazanıb.

"Amma fikrimcə, bu göstərici 40-dan çox olacaq. Ümumiyyətlə, ölkəmizin olimiya yarışlarında göstəriciləri hər dəfə artımla müşayiət olunur. Düşünürəm ki, bu il Londonda qazanacağımız medalların sayı daha çox olacaq", deyə A. Abiyev qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar