Aftandil Hacıyev əməliyyat olunub
02 Mart 2011 Çərşənbə 10:51
Aftandil Hacıyev 3 gün sonra yüngül qaçışlara başlayacaq.
“Qarabağ” klubunun futbolçusu Aftandil Hacıyev Türkiyədə əməliyyat olunub. ANS PRESS-in “Qarabağ” futbol klubuna istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçunun dizindəki zədəsi uğurla müalicə olunub.
Futbolçunun 3 gün sonra yüngül qaçışlara başlayacağı, 10 gündən sonra isə komanda ilə birlikdə məşqlərə qatılacağı gözlənilir. Xatırladaq ki, Aftandil Hacıyev qış hazırlığının sonuna yaxın zədələnmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: