Afrikalılar ölkəmizin şərəfini qoruyacaqlar
10 Mart 2010 Çərşənbə 15:10
Polşada keçiriləcək dünya çempionatında efiopiyalılar yarışacaqlar
Polşanın Bıqdoş şəhərində kross üzrə dünya çempionatı keçiriləcək. Azərbaycanı çempionatda iki efiopiyalı idmançı - Tilaxun Əliyev və Gezaşin Səfərova təmsil edəcəklər.

Polşaya yollanacaq nümayəndə heyətinə Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Mehdi Nağıyev rəhbərlik edəcək.

Xatırladaq ki, atletlərimiz dünya çempionatına hazırlıq məqsədi ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə təlim-məşq toplanışlarında olublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar