AFFA “Xəzər Lənkəran”ı cərimələdi
10 Mart 2011 Cümə Axşamı 16:26
İntizam Komitəsinin toplantısında bir sıra qərarlar qəbul edilib
AFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, toplantıda bir sıra matçlardakı mübahisəli məqamlar müzakirə edilərək müvafiq qərarlar çıxarılıb. İntizam Komitəsinin çıxardığı qərarlarla sizi tanış edirik:

8 mart 2011-ci il tarixində XIX Azərbaycan Kubokunun 1/4 finalının cavab oyunu “Xəzər-Lənkəran” – “Neftçi” matçının 45 və 86-cı dəqiqələrində “Xəzər-Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunub.

8 mart 2011-ci il tarixində XIX Azərbaycan Kubokunun 1/4 finalının cavab oyunu “İnter” – “Abşeron” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunub. Oyunun 42-ci dəqiqəsində “Abşeron” klubunun 22 №-li futbolçusu Timur İsrafilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 (iyirmi) manat cərimə olunub.

5 mart 2011-ci il tarixində I divizionun XVI turunun təxirə salınmış “Şahdağ” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (yüz) manat cərimə olunub.

1 mart 2011-ci il tarixində “Azercell U-17 Liqa”nın “Neftçi” – “Simurq” matçında “Simurq” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

1 mart 2011-ci il tarixində “Azercell U-17 Liqa”nın MOİK – “Qarabağ” matçında MOİK klubu oyunu keçirmək üçün meydança ilə təmin etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

1 mart 2011-ci il tarixində “Azercell U-17 Liqa”nın “Qəbələ” – “Gəncə” matçının 63-cü dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu Nicat Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb.

24 fevral 2011-ci il tarixində “Kapital Bank U -15 Liqa”nın “Simurq” – “Muğan” matçının 57-ci dəqiqəsində “Simurq” klubunun 19 №-li futbolçusu Namiq Kələşov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.

6 mart 2011-ci il tarixində U-14 Liqasının “Bakı kəndləri” – “İnter” matçının 50-ci dəqiqəsində “Bakı kəndləri” klubunun 1 №-li futbolçusu Murad Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.

5 mart 2011-ci il tarixində U-13 Liqasının UGİM (Bərdə) – UGİM (Ağdaş) matçının 26-cı dəqiqəsində UGİM (Ağdaş) klubunun 9 №-li futbolçusu Nail Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb.

5 mart 2011-ci il tarixində U-13 Liqasının “Xətai” – “Gücbirliyi” matçında “Gücbirliyi” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. 5 mart 2011-ci il tarixində U-13 Liqasının “Şimşək” – UGİM (Neftçala) matçının 3-cü dəqiqəsində UGİM (Neftçala) klubunun 6 №-li futbolçusu Mirzağa Hüseynov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.

5 mart 2011-ci il tarixində U-13 Liqasının “Xəzər-92” – “Lənkəran Bələdiyyəsi” matçı öncəsi “Lənkəran Bələdiyyəsi” klubunun 10 futbolçusundan 5-inin lisenziyası təqdim edilmədiyi üçün oyun baş tutmayıb. Bu səbəbdən də “Lənkəran Bələdiyyəsi ”klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

6 fevral 2011-ci il tarixində futzal üzrə Azərbaycan İ dəstəsinin PSL – “Spartak” matçının 46-cı dəqiqəsində “Spartak” klubunun 1 №-li futzalçısı Cavid Baxışov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 49-cu dəqiqəsində PSL klubunun 7 №-li futzalçısı Elxan Orucov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb

6 fevral 2011-ci il tarixində futzal üzrə Azərbaycan İ dəstəsinin NTD – “Euro ABM” matçının 45-ci dəqiqəsində “Euro ABM” klubunun 4 №-li futzalçısı Cavid Baxışov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar