AFFA və FİFA rəhbərləri görüşüb
23 Yanvar 2010 Şənbə 12:55
AFFA və FİFA prezidentləri Moskvada bir araya gəliblər
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində FİFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

AFFA-dan verilən məlumata görə, görüşdə ölkəmizdə futbolun inkişafı istiqamətində son illər həyata keçirilən tədbirlər barədə ətraflı müzakirə olub.

Bundan başqa, ölkəmizin 17 və 20 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsi oyunlarına ev sahibliyi etmək üçün təklifi bir daha müzakirə olunub.

Bununla bağlı hazırlanan videoçarx nümayiş etdirilib və müvafiq sənədlərin toplanaraq beynəlxalq futbol qurumuna təqdim olunması qərara alınıb. Görüşdə həmçinin AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar