AFFA "Turan"ı 5000 manat cərimə edib
21 Dekabr 2010 Çərşənbə Axşamı 22:55
Muammer Erdoğdu isə 5 oyunluq diskvalifikasiya olunub
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin iclası keçirilib. AFFA mətbuat xidmətindən verilən məlumata görə, iclasda "Turan" - "Simurq" oyunundan sonra futbolçular arasında düşən dava ilə bağlı qərar qəbul edilib. Qərara əsasən münaqişənin səbəbkarı Muammer Erdoğdu 5 oyun, təmsil etdiyi "Turan" komandası isə 3 min manat cərimə edilib.
Qeyd edək ki, "Turan" - "Simurq" oyunundan sonra başda Muammer Erdoğdu və "Turan" klubunun bir neçə oyunçusu qonaq komandanın soyunub-geyinmə otağına daxil olaraq "Simurq" klubunun futbolçusu Elnur Abbasova xəsarət yetirib.
Həmçinin İntizam Komitəsi "Turan"a matçın 72-ci dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün 2000 manat cərimə edib.
DOSTLARINLA PAYLAŞ: