AFFA sözündən dönmədi
    17 Fevral 2010 Çərşənbə 11:05
    “Karvan” klubunun Zaur Ramazanovla bağlı apellyasiya şikayəti qəbul olunmayıb
    
                	 
    
         AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclasında “Karvan” İdman Klubu tərəfindən futbolçu Zaur Ramazanov barədə verilmiş apellyasiya şikayətinə baxılıb. 
AFFA-dan verilən məlumata görə, Komitə “Karvan” futbol Klubunun apellyasiya şikayətini təmin etməmək barədə qərar çıxarıb. 
Xatırladaq ki, Unibank Premyer Liqasının XIX turu çərçivəsində keçirilən “Qarabağ” – “Karvan” matçında Zaur Ramazanov hakimi təhqir etmişdi. AFFA İntizam Komitəsi isə öz növbəsində futbolçunu hərəkətinə görə, 2000 manat cərimə etmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: