AFFA qapıçı axtarır
18 Noyabr 2010 Cümə Axşamı 23:25
Müsabiqədən qalib ayrılanlar klublara cəlb olunacaq
AFFA 1996, 1997 və 1998-ci il təvəllüdlü qızlar üçün qapıçı müsabiqəsi elan edib. AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, 1996, 1997 və ya 1998 təvəllüdlü qızlar qapıçılar üzrə peşəkar məşqçi yanında öz bacarığını sübuta yetirmək imkanı qazanıblar.

Hər hansı bir klubda futbol oynamaq istəyən və "U-15" milli komandasında ölkəni təmsil etmək arzusunda olanlar yığmanın qapıçılar üzrə məşqçisi qarşısında özünü yoxlaya bilər. Müsabiqədən qalib ayrılanlar klublara cəlb olunacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar