AFFA Pro kateqoriyalı kursları təşkil etməyə hazırdır
09 Dekabr 2010 Cümə Axşamı 20:00
UEFA-nın Təhsil Komitəsinin üzvü Bakıya səfərinin nəticələrinə əsasən hesabat hazırlayıb
İndiyə qədər Azərbaycanda dəfələrlə UEFA-nın C, B, A kateqoriyalı kursları təşkil olunub. Avropa futbol qurumunun Təhsil Komitəsi tərəfindən bu kurslar yüksək qiymətləndirilib. Bu ayın əvvəlində UEFA-nın Təhsil Komitəsinin üzvü Daniel Rayser Bakıda səfərdə olub və AFFA tərəfindən təşkil olunan məşqçi kursları barədə məlumat əldə edərək ölkəmizdə Pro kateqoriyalı kursların təşkili ilə bağlı hesabat hazırlayıb.
Hesabatda AFFA-nın Pro kateqoriyalı kursları təşkil etməyə hazır olması ilə bağlı müsbət fikirlər yer alıb. 2011-ci ilin əvvəlində UEFA-nın Təhsil Komitəsinin Azərbaycanda Pro kateqoriyalı məşqçi kurslarının keçirilməsi barədə qərar verəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: