AFFA prezidenti millinin üzvləri ilə görüşüb
03 Sentyabr 2011 Şənbə 03:00
Rövnəq Abdullayev: “Futbolçularımız güclü rəqibə qarşı əzmkar mübarizə apardı”
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan - Belçika oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin üzvləri ilə görüşüb. ANS PRESS-in AFFA-nın internet saytına istinadən verdiyi məlumata görə, futbolçularımızın güclü rəqibə qarşı əzmkar mübarizə apardığını qeyd edən AFFA prezidenti, qarşıdakı oyunlarda da millimizə uğurlar arzulayıb.

Xatırladaq ki, Azərbaycan - Belçika oyunu 1:1 hesabı ilə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar