AFFA-nın büdcəsinə 15,7 milyon manat daxil olacaq
04 Mart 2011 Cümə 22:31
Qurumun 2011-ci il üçün gəlirlər və xərclər smetası təsdiqlənib.
AFFA-nın 2011-ci il üçün gəlirlər və xərclər smetası təsdiqlənib. Qurumun büdcəsinə bu il 15.730.000 manat vəsait daxil olacaq. Bunun 4.790.000 manatı asossiasiyanın öz hesabına olacaq. Yəni AFFA klublardan alınan üzvlük haqqı və cərimələr, bilet satışı, teleyayım, marketinq və reklamdan pul qazanacaq. Qalan 10.940.000 manat isə ARDNŞ, UEFA və FİFA-nın yardımları hesabına ödəniləcək.

AFFA-nın xərcləri isə 15.730.000 manat olacaq. Bu il ən çox milli komandalar üçün büdcədən vəsait ayırılacaq - 7.200.000 manat. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar