AFFA-nın baş katibi Elxan Məmmədov: “Azərbaycan yığması çətin qrupa düşüb”
07 Fevral 2010 Bazar 17:50
AFFA-nın baş katibi Elxan Məmmədov hesab edir ki, millimiz sentyabra qədər hazırlaşıb, istədiyi nəticəni əldə etməlidir
Futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması çətin qrupa düşüb. Bunu Trend News-a Polşadan Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının (AFFA) baş katibi Elxan Məmmədov telefonla deyib.
"Bizi çox maraqlı oyunlar gözləyirik. Qrupun favoritini Almaniya yığmasını hesab edirik", - deyə Elxan Məmmədov vurğulayıb.
Qeyd edək ki, A qrupunda Azərbaycandan başqa Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan yer alıb.
AFFA-nın baş katibinin sözlərinə görə, qrupa düşən komandaları Azərbaycan yığması yaxından tanıyır. "Azərbaycan komandası Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan ilə müxtəlif vaxtlarda bir qrupda yer alıb. Azərbaycan sentyabra qədər hazırlaşıb, istədiyi nəticəni əldə etməlidir", - deyə o bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: