AFFA klublarımızı cəzalandırdı
29 Noyabr 2011 Çərşənbə Axşamı 13:32
Futbol qurumunun İntizam Komitəsinin növbəti toplantısı yekunlaşıb.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. ANS PRESS-in məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib: Unibank Premyer Liqasının XIV turunun “Simurq”– “Xəzər Lənkəran” matçının 80-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 №-li futbolçusu Katalin Doman kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 78-ci dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Unibank Premyer Liqasının XIV turunun “İnter”– AZAL matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Unibank Premyer Liqasının XIV turunun “Qarabağ”– “Neftçi” matçının 70-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
DOSTLARINLA PAYLAŞ: