AFFA klubları cəzalandırdı
24 Sentyabr 2013 Çərşənbə Axşamı 14:17
İntizam Komitəsi klubları 2 min manatdan 2 yüz manatadək cərmələdi.
AFFA kulublar barəsində sərt intizam tədbirləri görüb. Belə ki, Topaz Premyer Liqanın VII turunun “Qəbələ” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. ANS PRESS-in AFFA-a istinadla verdiyi məlumata görə, bu haqda qərar İntizam Komitəsinin Topaz Premyer Liqanın son turunda baş verənlərlə uyğun olaraq çıxarılıb.

"Qarabağ" - "Simurq" matçında "Simurq"un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Oyunun 83-cü dəqiqəsində "Qarabağ"ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

"Simurq" klubunun futbolçusu Draqan Çeran hakimi təhqir etdiyi üçün İntizam Komitəsi tərəfindən 1 oyunluq cazalandırılıb və klub 4 min manat cərimə edilib.
AZAL - Xəzər Lənkəran qarşılaşması zamanı “Ağ-yaşılların” futbolçusu Oskar Klava qırmızı vərəq alaraq oyundan kənarlaşdırılmasına görə futbolçuya 1oyunluq cəza kəsilib və klub 200 manat cərimə olunub.

AZAL klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar