ANS PRESS-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 10-da 2012/2013 mövsümündə XXI Azərbaycan Premyer Liqasının II turunun "Bakı" - "Simurq" matçında qapı torunda problem olduğuna görə matç 7 dəqiqə gec başladığı üçün meydan sahibi klub 3000 manat cərimə olunub.
Çempionatın həmin turu çərçivəsində keçirilən AZAL - "Rəvan" oyununda AZAL klubunun 4, "Rəvan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün hər iki klub 1000 manat cərimə edilib.
"Turan" - "Sumqayıt" matçında "Turan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Oyunun 28-ci dəqiqəsində "Sumqayıt" klubunun futbolçusu Uğur Pamuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəza alıb, klub isə 2000 manat cərimələnib.
XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun AZAL - "Rəvan" matçının 84-cü dəqiqəsində "Rəvan" klubunun futbolçusu Muxtar İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.