AFFA iki klubu cəzalandırıb
06 Yanvar 2011 Cümə Axşamı 17:40
"Simurq" və "Gücbirliyi"nə texniki məğlubiyyət verilib
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. AFFA mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, komitə iki kluba texniki məğlubiyyət verib. Belə ki, 28 dekabr 2010-cu il tarixində Azercell U-17 Liqasının “İnter” – “Simurq” matçında “Simurq” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

26 dekabr 2010-cu il tarixində U-13 Liqasının “Gücbirliyi” – “Vətən” matçında “Gücbirliyi” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar