AFFA futzalçıları cəzalandırdı
11 Yanvar 2011 Çərşənbə Axşamı 16:15
AFFA İntizam Komitəsi növbəti qərarlarını qəbul edib.
AFFA-nın İntizam Komitəsi növbəti qərarlar qəbul edib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, 9 yanvar 2011-ci il tarixində futzal üzrə I dəstənin “Azərneftyağ” – “Spartak” matçının 48-ci dəqiqəsində “Spartak” klubunun 14 nömrəli futzalçısı Rüfət Fərzəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 4 oyunluq cəzalandırılıb.
Həmin gün futzal üzrə Azərbaycan I dəstəsinin DST – PSL matçının 50-ci dəqiqəsində PSL klubunun 24 nömrəli futzalçısı Rüfət Quliyev nalayiq ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 3 oyunluq cəzalanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: