AFFA futbolçularımıza güzəşt etdi
16 Oktyabr 2010 Şənbə 11:35
Apellyasiya və Ekspert Komitəsi Kamran Ağayev və Jabanın cəzasını yüngülləşdirib.
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası baş tutub. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

1. Qapıçı Kamran Ağayevlə bağlı AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Kamran Ağayev intizam tədbiri olaraq 2 oyunluq cəzalandırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Kamran Ağayev eyni xarakterli hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

2. Futbolçu Silvinyo Joao de Karvalyo ilə bağlı AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Silvinyo Joao de Karvalyo intizam tədbiri olaraq 2 oyunluq cəzalandırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Silvinyo Joao de Karvalyo eyni xarakterli hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

3. İntizam Komitəsi “İnter” – “Muğan” oyunu ilə bağlı məsələlərə yenidən baxsın.
Xatırladaq ki, AFFA İntizam Komitəsi “Xəzər Lənkəran” – “Bakı” oyununda qırmızı vərəqə almış Jaba və rəqibini vurmuş Kamran Ağayevə 4 oyunluq cəza vermişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar