AFFA əllə oynayan futbolçunun klubunu cərimələdi
23 Noyabr 2010 Çərşənbə Axşamı 13:00
İntizam Komitəsinin növbəti iclası baş tutub
AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, toplantıda Unibank Premyer Liqasının XIV turu və I diviaionunun XI turun çərçivəsində baş tutan oyunlardakı mübahisəli məqamlar müzakirə edilib.
Toplantıda Unibank Premyer Liqasının XIV turunun MOİK – “Bakı” matçının 86-cı dəqiqəsində “Bakı” klubunun 29 nömrəli futbolçusu Əziz Quliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb klub isə iki yüz manat cərimə olunub.
Azərbaycan I divizionunun XI turunun “Abşeron” – “Göyəzən” matçının 84-cü dəqiqəsində “Göyəzən” klubunun 9 nömrəli futbolçusu Qoşqar Sarıyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Futbolçu əllə oynadığı üçün klub iyirmi manat cərimə olunub.
DOSTLARINLA PAYLAŞ: