AFFA-dan qeyri-adi addım
13 Aprel 2010 Çərşənbə Axşamı 13:25
AFFA meydanı top verən uşaqlarla təmin etməyən “Bakılı”nı cəzalandırdı.
AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub. Toplantıda futbol üzrə ölkə çempionatı bütün dəstələrində keçirilən oyunlarda mübahisəli məqamlar müzakirə edilib.
AFFA-dan verilən məlumata görə, aprelin 11-i I divizionun XVI turu çərçivəsində oynanılan “Bakılı” – “Gəncə” matçında meydan top verən uşaqlar və xərək daşıyanlarla təmin olunmayıb. Bunun üçün İntizam Komitəsi ev sahibi olan “Bakılı” klubunu 100 manat cərimə edib.
Klub həmçinin oyundan bir gün əvvəl meydanı məşq keçmək üçün qonaq komandanın ixtiyarına vermədiyi üçün daha 300 manat cərimələnib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: