AFFA-da imtahan keçirilib
20 Aprel 2010 Çərşənbə Axşamı 22:15
Oyunçu agenti lisenziyası almaq istəyən şəxslər imtahan verib.
AFFA-da oyunçu agenti lisenziyası almaq üçün imtahan keçirilib. İştirak edən 5 nəfərdən 4-ü imtahanı müvəffəqiyyətlə verib. AFFA-nn saytında yerləşdirilən məlumatda imtahanı uğurla vermiş şəxslərin siyahısı da açıqlanıb: Musa Qurbanov (19 bal), Səbuhi Səfiyarlı (18 bal), Vaqif Heydərli (18 bal), Azad İsmayılov (14 bal).

Cəmi 20 sualın verildiyi imtahanda 1 düzgün cavab 1 bal sayılıb və 14 suala doğru cavab verən şəxslər imtahandan uğurla keçib.

Qeyd edək ki, oyunçu agenti lisenziyasını tam əldə etmək istəyən şəxslər müvafiq sığorta polisini AFFA-ya təqdim etməlidirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar