AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında XVIII Azərbaycan Premyer Liqasının I turunun oyunlarındakı mübahisəli epizodlar müzakirə edilib.
AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, komitənin qərarına əsasən “Karvan” futbol klubu 200 manat cərimə edilib. Buna səbəb, “İnter”-“Karvan” qarşılaşmasında Yevlax klubunun futbolçusu İlham Yadullayevin matçın 68-ci dəqiqəsində 2-ci sarı vərəqə alaraq meydandan qovulması olub. Futbolçu özü isə 1 oyunluq cəzalandırılıb.
“Olimpik-Şüvəlan”- “Neftçi” qarşılaşmasında "Olimpik"in futbolçusu Abdul Kader Kamara hakimi təhqir etdiyinə görə aldığı qırmızı vərəqə səbəbindən 2 oyunluq cəzalandırılıb.
“Olimpik-Şüvəlan” klubu isə futbolçusunun bu hərəkətinə görə 2000 manat cərimə ödəməli olacaq.
Azad Əliyev /ANS PRESS/