AFFA başsağlığı verir
19 Fevral 2011 Şənbə 14:19
Futbol Qurumunun rəhbərliyi “Şəmkir”in futbolçusunun ölümündən kədərlənir
AFFA “Şəmkir” futbol klubunun 29 yaşlı futbolçusu Tural Hacıyevin vəfatı ilə əlaqədar başsağlığı verib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, futbol qurumu rəhbərliyi futbol ictimaiyyəti adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, onlara səbr diləyib.

Qeyd edək ki, Tural Hacıyevin vəfatı ilə əlaqədar I divizionun "Bakılı" - "Şəmkir" oyunu təxirə salınıb. Peşəkar Futbol Liqası klubun müraciətini nəzərə alaraq, oyunu təxirə salıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar