AFFA azarkeşlərimizə 4 gün vaxt verdi
10 Dekabr 2010 Cümə 13:05
Qurum DÇ-nın talisman seçimində azarkeşlərin fikrini öyrənəcək
17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi 2012-ci ildə Azərbaycanda keçiriləcək. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, bununla əlaqədar, qeyd olunan çempionatın talismanı hazırlanacaq.

AFFA bu məqsədlə azarkeşlərin fikir və təkliflərini öyrənmək qərarına gəlib. Bunun üçün U-17 qızlar arasında DÇ-2012-nin talismanı ilə bağlı təklifi olan şəxslərdən 14 dekabr 2010-cu il, saat 18:00-a qədər [email protected] e-mail ünvanına müraciət etmək xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar