AFFA azarkeşlərə pulsuz bilet paylayacaq
16 İyul 2010 Cümə 12:10
AFFA-ya Almaniya – Azərbaycan matçına 730 bilet ayrılıb.
AFFA Avro-2012-in seçmə mərhələsi çərçivəsində Almaniyanın Köln şəhərində keçiriləcək Almaniya-Azərbaycan milli komandalarının oyununda yığmamıza dəstək olmaq üçün azarkeşlərə lazımi şərait yaradacaq.

Bu məqsədlə Almaniya Futbol İttifaqı ilə əldə olunmuş razılığa əsasən milli komandamızın azarkeşləri üçün AFFA-ya 730 bilet ayrılıb. Hər biri 35 avro dəyərində olan 400 bilet AFFA tərəfindən alınaraq azarkeşlərə pulsuz paylanacaq. İlkin olaraq pulsuz biletlər Avropa ölkələrində təhsil alan və Azərbaycandan bu oyuna gedən azarkeşlərə veriləcək.

Qalan biletlər isə xaricdə yaşayan soydaşlarımız arasında bölünəcək. Milli komandamıza dəstək olmaq üçün Almaniyadan bilet almaq istəyən soydaşlarımızdan xahiş olunur ki, biletlərini azarkeşlərimiz üçün nəzərdə tutulan 6-cı Şimal tribunasına alsınlar. Xatırladaq ki, Almaniya - Azərbaycan matçı sentyabrın 7-də keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar