AFFA 4 klubu cərimələyib
14 Dekabr 2010 Çərşənbə Axşamı 19:00
Bunlar "Xəzər Lənkəran", "Bakı" və "İnter"dir
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Premyer Liqanın XVII turunda baş verən bəzi qanun pozuntularına hüquqi qiymət verilib. Komitə üç klubu - "Xəzər Lənkəran", "Bakı" və "İnter"i 1000 manat cərimə edib. Buna səbəb "Xəzər Lənkəran"ın "Gəncə", "Bakı"nın "Neftçi", "İnter"in isə AZAL-la oyunda 4 futbolçusunun sarı vərəqə alması olub.
MOİK isə Elçin Həsənova görə ziyana düşüb. Belə ki, ordu klubunun oyunçusu "Muğan"la qarşalışmanın 90+3-cü dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydanı tərk edib. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub.
DOSTLARINLA PAYLAŞ: